Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muğam Mərkəzi “Dəyirmi masa” layihəsinə start verir

Beynəlxalq Muğam Mərkəzində  keçirilən "Dəyirmi masa" da müxtəlif mövzular əhatə olunacaq. Budəfəki mövzu "Muğamlar və qəzəllər" adlanır.

Qəzəl seçiminin muğam ifaçılığındakı yerini nəzərə alaraq, Beynəlxalq Muğam Mərkəzi  "Dəyirmi masa" nın ilk mövzusunu qəzəllərin muğam ifaçılığındakı əhəmiyyəti məsələlərinə həsr edib. "Dəyirmi masa"nın gələcək tədbirləri klassik qəzəl ustadlarımızın qəzəl yaradıcılığına həsr olunacaq. Layihə çərçivəsidə əruz vəzninin müxtəlif  bəhrləri haqqında da maraqlı söhbətlər olacaq.

Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa"sının növbəti tədbiri  noyabrın 30- da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Muğam Mərkəzində reallaşan "Dəyirmi masa"da Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, AMEA- nın Folklor İnsititunun direktoru, akademik Muxtar İmanov, Əməkdar incəsənət xadimi Sənubər Bağırova,  Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev,  Milli Konservatoriyanın müəllimləri Əməkdar müəllim Qəzənfər Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxrədiin Baxşəliyev, muğam bilicisi Aqil Məlikov, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı qəzəl janrının muğam ifaçılığı sənətindəki əhəmiyyətindən danışacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Noyabr 2018 17:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə