• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərikard” MMC Ən azı 30 KVA gücü olan 2 (iki) ədəd UPS-in satınalınması üçün Açıq Tender Elan Edir

“Azərikard” MMC Ən azı 30 KVA gücü olan 2 (iki) ədəd UPS-in satınalınması üçün Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı 250 manatdır.
VÖEN:1400318341
Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC
Müştəri Xidməti Departamenti
Kod:805250
M/h:AZ03NABZ01350100000000002944
VOEN: 9900001881
SWIFT:IBAZAZ2X
H/h: AZ79IBAZ40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs: informasiya texnologiyalar departamentinin texniki dəstək və program təminatı şöbəsinin baş mütəxəssisi Nadir Cəbiyevdən (012 505 21 51 (8006)) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi tender zərflərinin açıldığı tarixdən (19 sentyabr 2018-ci il) sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətlərin təqdim edilməsinə rəsmi hüququ olduğunu təsdiqləyən sənəd;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsli) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 sentyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 sentyabr 2018-ci il saat ­18.00-a qədər Bakı şəhəri, Bül-bül prospekti 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 19 sentyabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

13 2018 22:47 - REKLAMLAR VƏ ELANLAR
REKLAMLAR VƏ ELANLAR
19 Sentyabr 2018 | 01:24
Bildiriş
19 Sentyabr 2018 | 01:23
Bildiriş

Ən son xəbərləri səhifəmizdən də izləyin