Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baku Open-2018”: dörd turdan sonra üç lider

 Azərbaycan paytaxtında keçirilən “Baku Open-2018” beynəlxalq şahmat turnirinin ilk dörd turunda ən yaxşı nəticəyə üç iştirakçı – yarış sahiblərinin nümayəndələri Eltac Səfərli, Aydın Süleymanlı və rusiyalı Zamsaran Sıdıpov nail olmuşlar.
Turnir cədvəlində lider mövqeyində olan bu şahmatçılar dörd görüşdə hərəyə 4 xal toplamışlar.
Dünən rəqiblər beşinci turun görüşlərində qarşılaşmışlar.
Bu xəbərə onu da əlavə edək ki,Türkiyənin Konya şəhərində davam edən yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunda Azərbaycan komandası (Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Kənan Qarayev və Murad İbrahimli) Gürcüstan millisi ilə qarşılaşmış və 1,5:2,5 hesabı ilə uduzmuşdur.
Dörd turdan sonra Olimpiadada maksimum nəticə ilə (8 xal) Belarus və ABŞ yığmaları liderlik edirlər.
Azərbaycan komandasının 4 xalı var. Dünən 5-ci turda şahmatçılarımız sloveniyalı yaşıdları ilə görüşmüşlər.

 

Oqtay BAYRAMOV,  “Xalq qəzeti”

28 Noyabr 2018 22:50 - İDMAN
İDMAN
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında
4 İyul 2020 | 01:21
Rekord yeniləndi
3 İyul 2020 | 15:50
Superkubok ləğv olundu

Köhnə versiyamızdan xəbərləri izlə