Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beyləqan Suvarma Sistemləri İdarəsi 2019-cu ildə istismar tədbirləri üçün mal-materialların və ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Beyləqan Suvarma Sistemləri İdarəsi  2019-cu ildə istismar tədbirləri üçün mal-materialların və ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işlərində lazım olan mal və materialların satınalınması.
Lot-2. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan şəhəri, S.İmrəliyev küçəsi 14 nömrəli ünvanda yerləşən Beyləqan Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: F.H.Rüstəmov, telefon: 021-22 -52-8-34) ala bilərlər.
Beyləqan YXO
Beyləqan SSİ
H/h :AZ 44CTRE00000000000002354101
Büdcə səviyyəsi, fond 7
Büdcə təsnifatı kodu - 142319
Beyləqan SSİ - VÖEN: 3900245141
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ 41 NABZ 01360100000000003944
SWİFT BİK CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1 faiz həcmində bank təminatı ( zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tenderlər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender prosedurunda iştirak üçün “Dövlət satınalmaları haqqında ” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı və s. barədə müvafiq sənədlər təqdim edilməlidir.
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 yanvar 2019-cu il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 15 yanvar 2019-cu il saat 18.00-a qədər Beyləqan Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 16 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

28 Noyabr 2018 22:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Noyabr 2019 | 09:50
B İ L D İ R İ Ş
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:04
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:03
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə