Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi 2019-cu ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi 2019-cu ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot – 1. İnşaat materiallarının satınalınması.
Lot – 2. Torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: - aşağı qiymət, yüksək keyfiyyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot -1 üçün 55 (əlli beş) manta və lot- 2 üçün isə 45 (qırx beş) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Yevlax rayonu, Xanabad kəndi, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsindən (əlaqələndirici şəxs- Ə.Ş.Abbasovdan, telefon 022-335 -03-00 ) ala bilərlər.
Yevlax YXO
H/h : 2355003
Dövlət Xəzinədarlığı Agentliyi
Kod : 210005
VÖEN : 2200134801
Bank: ABB ASC-nin Yevlax filialı
Müxbir hesab :AZ 85 NABZ 0136010000000300944
SWİFT BİK CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faiz həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertfikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olumalıdır (xarici dildəki tenderlər Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender prosedurunda iştirak üçün “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı və.s barədə müvafiq sənədlər təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 yanvar 2019-cu il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 15 yanvar 2019-cu il saat 18.00-a qədər Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan geç təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri 16 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

28 Noyabr 2018 22:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
9 Noyabr 2019 | 00:39
MƏTANƏT A
9 Noyabr 2019 | 00:32
Kapital Bank
9 Noyabr 2019 | 00:29
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə