• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Trampla Makron arasında telefon danışığı olub

Trampla Makron arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında telefon bağlantısı olub. Bu barədə Ağ evə istinadən “Amerikanın səsi” radiosu məlumat verib.
Xəbərdə deyilir ki, dövlət başçıları Birləşmiş Ştatlar ilə Fransa arasındakı ticarət və təhlükəsizlik məsələlərinin geniş spektrini, o cümlədən, İranın nüvə proqramını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Lakin telefon bağlantısının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu barədə məlumat verilməyib. 
Yeri gəlmişkən, son günlər ABŞ-ın Nyu-Cersi ştatında özünün qolf istirahət mərkəzində dincələn D.Tramp “twitter” saytında E. Makronla söhbətin yaxşı keçdiyini yazıb. 
D.Tramp həmçinin bildirib ki, Birləşmiş Ştastlar hökuməti hazırda Meksika ilə ticarət sazişi üzrə danışıqları uğurla aparır. Onun sözlərinə görə, Kanadanın iştirakı olmadan saziş imzalana bilər. D.Tramp deyib: “Kanada gərək gözləsin, çünki, bu ölkənin tarifləri çox yüksəkdir”.
Yeri gəlmişkən, Rusiya rəsmiləri bu günlərdə tez-tez ABŞ-ın bir neçə gün əvvəl bu ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsindən kəskin narazılıqlarını ifadə edirlər. Rusiyanın baş naziri Dmitri Medvedev qarşı tərəfə xəbərdarlıq edib ki, sanksiyalar iki ölkə arasında münasibətləri “qırmız xəttə” yaxınlaşdıra bilər. 
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Mayk Pompeoya zəng edib. Rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib ki, Moskva “Skripal işi” ilə bağlı Vaşinqtonun sanksiyalarına qarşı kəskin etirazını bildirib.
Bundan əlavə, telefon danışığında Suriyadakı vəziyyətlə bağlı bir sıra məsələlər müzakirə edilib.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

13 2018 21:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin