Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aqrolizinq” ASC Şamaxıda görüş keçirəcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir. ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində dekabrın 1-də Şamaxı rayonunda sakinlərlə görüş keçirəcəklər. Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.

Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Görüşdə iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90)  müraciət edə bilərlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 Noyabr 2018 16:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə