Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Passiv sosial dəstək mexanizmindən aktivliyə keçid – özünüməşğulluq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gələn ilin büdcə xərclərindən danışarkən bildirib ki, 2019-cu ildə digər xərclər üçün isə 93,2 milyon manat vəsait nəzərdə tutulub. Fondun büdcəsinin gəlirləri 3 milyard 928,1 milyon manat proqnozlaşdırılır. Bu da 2018-ci ilin proqnoz göstəricisindən 8,9 faiz çoxdur. Gəlirlərin 61,6 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bunun da məbləği 2 milyard 419 milyon manata bərabər olacaq. Cari ilin proqnozu ilə müqayisədə 6 faiz artıq olacaq.  

 “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə edilərkən nazir deyib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi, ümumilikdə, 83 milyon 450 min manat məbləğində müəyyən edilib. Bu məbləğin böyük bir hissəsi -- 42 milyonu məhz özünüməşğulluq tədbirlərinə həsr olunub. Özünüməşğulluq tədbirləri vətəndaşlarımızın passiv sosial dəstək mexanizmindən aktiv sosial dəstək mexanizminə keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cari ildə hədəf olaraq 7 minədək Azərbaycan ailəsində kiçik müəssisələrin, kiçik ailə təsərrüfatlarının yaradılması qarşıya məqsəd qoyulub. Növbəti ildə bu həcm daha da artırılacaq. Digər tərəfdən məbləğin 19 milyon 260 min manatı dövlət məşğulluq xidməti orqanlarının saxlanma xərclərinə, o cümlədən iki regional peşə tədris mərkəzinin tikintisinə sərf olunacaq. 

 

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti”

28 Noyabr 2018 14:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə