Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil Babayev: Gələn il 45 min nəfərin pensiyası 35 faiz artacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı bildirib ki, fondun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır, bu da carı ilin müvafiq proqnoz göstəricisindən 349,34 milyon manat və ya 9,8 faiz çoxdur. Orta aylıq əməkhaqqının artım tempi cari ildə 5,7 faiz təşkil etdiyi üçün əmək pensiyalarının indeksləşdirilməsi üçün 171 milyon manat vəsait nəzərdə tutulub. Əmək pensiyalarının artımı məsələsinə toxunan nazir bildirib ki, növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 272 manata çatacaq. 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 91,94 milyon manatdır, bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 4,4 faiz və ya 3,8 milyon manat artıqdır.

“Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarına edilən dəyişikliklə bağlı məlumat verən nazir  bildirib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Gələn il, həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

 

Zərifə Bəşirqızı,
“Xalq qəzeti”

28 Noyabr 2018 14:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə