• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib

 Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 
Məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 kvadratmetr sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq ETSN-nin əməkdaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib. 
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.  
ETSN ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsil vətəndaş mövqeyi nümayiş etdirərək nazirliyin işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

13 2018 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin