Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm verilir

Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev keçirdiyi mətbuat konfransında bildirib ki, subsidiyaların ödənilməsinə dair qərar qəbul edilərək Maliyyə Nazirliyinə göndərilib. Nazir müavininin sözlərinə görə, bu günə qədər mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştlə bağlı “Aqrolizinq” və özəl şirkətlərə ümumilikdə 102 milyon manatdan çox subsidiya ödənilib:

 “Qəbul edilən qərar görə, “Aqrolizinq” ASC-yə ödənilməli olan vəsaitin 25 faizi, özəl şirkətlərə 51 faiz vəsaitin ödənilməsi barədə qərar qəbul edilib. Özəl şirkətlərin borclarının bağlanmasında məqsəd onların ölkəyə gübrə gətirilməsini stimullaşdırmaq, maliyyə məsələlərinin həllinə köməklik göstərməkdir. Burada əsas məqsədlərdən biri fermerlərin gübrəyə olan tələbatını təmin etməkdir. Fermerlərin gübrə ilə təminatında özəl şirkətlərin roluna böyük önəm veririk”.

Kənd Təsərrüfatı Nazirliyinin ölkədə baramaçılığın inkişafına böyük önəm verdiyini deyən İlham Quliyev bildirib ki, yem bazasının formalaşdırılması məqsədilə ayın sonuna kimi Azərbaycana Çindən daha 1 milyon tut tingi gətiriləcək. Bu tinglər ixtisaslaşmış rayonlar üzrə baramaçılıqla məşğul olan fermerlər arasında bölüşdürüləcək.

Arıçılara subsidiyaların verilməsi ilə bağlı prosesin gedişi haqqında məlumat verən nazir müavini qeyd edib ki, hazırda arı ailələrinin qeydiyyatı prosesi davam edir.

Mətbuat konfransında jurnalistlərin kənd təsərrüfatının müxtəlif sahələrinə dair sualları cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

27 Noyabr 2018 15:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə