Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda peşə təhsili üzrə regional təlim

Gürcüstanda peşə təhsili üzrə regional təlim

Gürcüstanda “Duala bənzər peşə təhsili və təlimində özəl sektorla əməkdaşlığın qurulması” mövzusunda regional təlim keçirilib. Təlimdə ölkəmizin peşə təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.

Üç gün davam edən təlimdə peşə təhsilində dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, modul strukturlu, səriştə əsaslı kurikulumların hazırlanması, məqsədli peşə inkişafı proqramları, iş yerində öyrənmə barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Təlimdə həmçinin peşə təhsili müəssisələrinin veb-səhifələrinin yaradılmasının, digər ölkələrin peşə təhsili müəssisələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycanda peşə təhsili müəssisələrinin bu sahədəki fəaliyyəti yüksək  qiymətləndirilib.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Özəl sektorun inkiaşafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində təşkil olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
                              

27 Noyabr 2018 14:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə