Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir müavini Rafiq Bayramov Rumıniyaya səfər çərçivəsində mədəniyyət üzrə dövlət katibi ilə görüşüb

Mədəniyyət  nazirinin  müavini Rafiq Bayramov Rumıniyaya səfəri çərçivəsində bu ölkənin mədəniyyət üzrə dövlət katibi Razvan Rab ilə görüş keçirib.

Nazir müavini ilk öncə Rumıniya Respublikasının yaranmasının 2018-ci ildə 100 illiyinin qeyd edilməsi ilə bağlı qarşı tərəfə təbrikini çatdırıb. Dövlət katibi də öz tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin qeyd edilməsinin önəmini vurğulayıb və təbrik edib.

Görüşdə ikitərəfli əməkdaşlıq prioritetlərinə dair müzakirələr aparılıb, müxtəlif regional və beynəlxalq təşkilatlarda qarşılıqlı tərəfdaşlıq və dəstək məsələlərinin vacibliyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində Rafiq Bayramov həmçinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib. Geniş tərkibli Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi iclasda ölkələr arasında əməkdaşlıq protokolu imzalanıb.

Bundan əlavə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Buxarest şəhərində yerləşən Heydər Əliyev Xiyabanını ziyarət edib, ümummilli liderin büstü önünə gül dəstələri qoyub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Noyabr 2018 12:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə