Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İctimai elmlərdə tədqiqat metodları və elmi tədqiqat bazarlarında effektiv istifadə imkanları”

“İctimai elmlərdə  tədqiqat metodları və elmi tədqiqat bazarlarında  effektiv    istifadə imkanları”

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes İdarəçiliyi fakültəsi və  marketinq kafedrasının təşkilatçılığı ilə  ali təhsil müəssisəsində “İctimai elmlərdə  tədqiqat metodları və elmi tədqiqat bazarlarında  effektiv istifadə imkanları” mövzusunda təlim-siminar  keçirilib.

Təlim-seminarda Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə  prorektoru, eyni zamanda ATMU-nun  marketinq kafedrasının dosenti Elçin Süleymanov tədqiqat   mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması, elmi tədqiqat bazalarında profilaçmanın faydalarından detallı danışıb. Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazarlardakı mövcud vəziyyətinə münasibət sərgiləyib.       

”İctimai elmlərdə tədqiqat metodları və elmi tədqiqat bazarlarında effektiv istifadə imkanları”na həsr olunan ikigünlük təlim-seminarda “Web of Science Clarivate” bazasından elmmetrik və Scopus verilənlər bazalarından effektiv istifadə, Google akademik hesabın açılması, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlili, İmpact faktorlu elmi jurnallarda məqalə standartları, təqdiqat problemlərinin qoyuluşunda başlıca amil göstəriciləri diqqətdə saxlanılmaqla, nəzəri-praktiki- siyasi əhəmiyyətindən bəhs edilib.

 

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti”

27 Noyabr 2018 10:39 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə