Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il

26 Noyabr 2018 22:04 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə