Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Neftçi” yenə fərqi 5-ə çatdırdı

Topaz Premyer Liqasında 12-ci turun oyunlarından sonra “Neftçi” turnir cədvəlində ən yaxın izləyicisi “Qarabağ”la öz arasındakı fərqi yenidən 5 xala çatdıraraq zirvədə mövqeyini bir qədər də möhkəmləndirmişdir.
Hesabat turunda liderin “Səbail” üzərində qələbəsi iki cavabsız qolla ifadə olunmuş (2:0), Ağdam komandası isə “Sabah” ilə oyunda 1 xalla kifayətlənmişdir.
Turun digər iki görüşündə meydan sahibi rolunda çıxış edən “Keşlə” futbolçuları” “Qəbələ”yə 1:2 hesabı ilə uduzmuş, “Zirə” isə “doğma divarlar” arasında “Sumqayıt”la oyundan maksimum fayda götürmüşdür – 3:1.
Hazırda çempionatın liderlər üçlüyünü təşkil edən “Neftçi”nin 29, “Qarabağ”ın 24, “Səbail”in 20 xalı var.
Növbəti, 13-cü turun görüşləri dekabrın 1-də (“Sabah” – “Neftçi”, “Sumqayıt” – “Səbail”) və 2-də (“Qəbələ” –“Zirə”, “Qarabağ” – “Keşlə”) keçiriləcəkdir.

 

O.BAYRAMOV, “Xalq qəzeti”

26 Noyabr 2018 21:41 - İDMAN
İDMAN
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında
4 İyul 2020 | 01:21
Rekord yeniləndi
3 İyul 2020 | 15:50
Superkubok ləğv olundu

Köhnə versiyamızdan xəbərləri izlə