Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"ROSATOM"-un rəhbərliyi ilə görüş

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Moskva şəhərində "ROSATOM" Dövlət Korporasiyasının rəhbərliyi ilə görüşüb. Görüş zamanı respublikamızda nüvə elmləri, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi müzakirə olunub. Bu barədə nazirlikdən məlumat verilib.

R.Quluzadə Azərbaycanda 2014-cü ildən etibarən  nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsində yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi istiqamətində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyət göstərdiyini bildirib.

O, hazırda ölkəmizdə  yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına və tədqiqatların genişləndirilməsinə xüsusi diqqət ayrıldığını, aparıcı ali təhsil müəssisələrində bu sahə üzrə kadrların hazırlanmasına başlanıldığını qeyd edib.

Nazir Müstəqil  Dövlətlər  Birliyinin  Atom  Enerjisinin  dinc  məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyada Azərbaycan Respublikasının da  təmsil olunduğunu xatırladıb. O, bildirib ki, bu gün milli kadrlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi, Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq elmi mərkəzlər tərəfindən həyata keçirilən qlobal elmi-texniki proqramlar üzrə təcrübə mübadiləsi aparır və birgə tədqiqatlarda iştirak edir.

Görüşdə inkişaf etmiş nüvə ölkələrinin təcrübələrinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında  fikir mübadiləsi aparılıb.

 “ROSATOM” Rusiya Federasiyasının atom energetikası, Atom Elektrik stansiyalarının tikintisi, layihələndirmə, həmçinin müxtəlif innovativ  nüvə məhsulları, superkompüterlərin istehsalı, eləcə də, proqram təminatı sahəsində elmi araşdırmalar üzrə ən nəhəng qurumudur.  Korporasiya 2017-ci ilin yekunları üzrə, uran ehtiyatlarına görə dünyada 2-ci yeri, hasilatın həcminə görə isə 4-cü yeri tutur və dünyada nüvə yanacağı bazarının 17%-ni təmin edir.

 

“Xalq qəzeti”

26 Noyabr 2018 16:03 - İDMAN
İDMAN
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında
4 İyul 2020 | 01:21
Rekord yeniləndi
3 İyul 2020 | 15:50
Superkubok ləğv olundu

Köhnə versiyamızdan xəbərləri izlə