Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçiriləcək

“Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçiriləcək

27 noyabr 2018-ci il, saat 16:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında “Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans keçiriləcəkdir.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Azərbaycan İstiqlal Muzeyi və Muzey mərkəzinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.

İşğal olunmuş rayonların tarix diyarşünaslıq və digər muzeyləri vasitəsi ilə zəbt olunmuş torpaqlarımızla bağlı çağırışların edilməsi məqsədilə keçirilən “Bizi yurdumuza qaytarın” adlı tədbirdə Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Şuşa tarix-diyarşunaslıq muzeylərinin fondlarına məxsus eksponatlar nümayiş olunacaq.

 

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

26 Noyabr 2018 12:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə