Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı ifaçılar Amerikada musiqi yarışmasının qalib olublar

Azərbaycanlı gənc ifaçılar Nail və Elvina Qurbanovlar Nyu Yorkda keçirilən "Florida Keys International Music Competition" musiqi yarışında qalib olublar.

İyunda seçim turlarında iştirak edən azərbaycanlı ifaçılar finala vəsiqə qazanıblar. Onlar seçim turundan sonra  New Yorka "Carnegie Hall"-da keçirilən qala gecəsinə  dəvət alıblar.

Elvina Qurbanova müsabiqədə skripkada Pablo de Sarasatenin "Gypsy Airs -if"-ini səsləndirib, Nail Qurbanov isə solo Neopatelian mahnisi  "o sole mio"nu ifa edib.

Skripka ifaçısı Elvina Qurbanova deyir ki, onların sözügedən müsabiqədə iştirakları heç də təsadüfi olmayıb. Bu müsabiqədə  azərbaycanlıların iştirakı, görkəmli bəstəkar Cövdət Hacıyevin qızı Pərvin Muradovanın rolu danılmazdır.  Azərbaycan-Amerika-Mədəniyyətlərarası Assosiasiyanın müdiri vəzifəsində çalışan Töhfə Əminova həmin Assosiasiyanın prezidentidir. Onlar belə qərara gəliblər ki, Cövdət Hacıyevin 100-illik yubileyinə həsr olunmuş müsabiqə keçirsinlər. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan musiqisini təbliğ etmək, onun zəngin mədəniyyətini vətəndən kənarda nümayiş etdirmək və bunu bütün dünyaya tanıtmaq, sevdirməkdən ibarətdir. Pərvin xanım bu müsabiqəyə bir sıra bəstəkar və ifaçıları dəvət etmişdi. Onların arasında qalibiyyət əldə etmək həqiqətən də çox qürurvericidir".

Elvina Qurbanova skripka, Nail Qurbanov isə vokal üzrə A kateqoriyasının qalibləri olublar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Noyabr 2018 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə