Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri zati-aliləri cənab Milorad Dodikə

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri zati-aliləri cənab Milorad Dodikə

Hörmətli cənab Sədr!

 Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. 
 İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə  uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm. 

Hörmətlə, 

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2018-ci il

24 Noyabr 2018 22:56 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə