Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidentinin yeni yaşıllıqların salınması, mövcud yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq keçirilən payız ağacəkmə kampaniyasına paytaxtın bütün rayonlarında olduğu kimi, Binəqədidə də xüsusi diqqət yetirilir. 
Dünən rayonun Xocasən qəsəbəsinin Matadrom adlanan yaşayış massivində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, rayon icra hakimiyyəti (RİH), YAP rayon təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 
Tədbirdə RİH-in başçısı Elxan Allahverdiyev, YAP rayon təşkilatının fəalları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri, rayon bələdiyyələrinin, MKTB-nin, yaşıllaşdırma idarəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, 350 nəfərin iştirak etdiyi iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə əsasən, Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq, 650-dən çox şam, küknar, badam, zeytun və tut ağacları əkilib. 
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib. Əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər də görülüb.
Aksiya zamanı milli musiqi nümunələri səsləndirilib, çay süfrəsi təşkil olunub. 
Ümumrayon iməcliyi çərçivəsində Binəqədidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində iməcliklər keçirilib, yaşıllıq zolaqları salınıb. 

 

V.BAYRAMOV, “Xalq qəzeti”

24 Noyabr 2018 21:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə