Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda türkiyəli alimə “Türk Dünyasına xidmət” mükafatı verildi

Bakıda Türkiyənin Hacəttəpə Universiteti, “Yeni Türkiyə” Strateji Araşdırma Mərkəzi və  Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan--Türkiyə dil və mədəni əlaqələri” adlı beynəlxalq simpozium keçirildi. Bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm adamları, o cümlədən, qardaş Türkiyənin  universitetlərində və təhsil qurumlarında çalışan professor-müəllim heyəti və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin də  iştirak etdiyi beynəlxalq tədbir iki gün davam etmişdir.

Simpoziumda türk dünyasına xidmətlərinə və türkologiya sahəsində  səmərəli elmi fəaliyyətlərinə, həmçinin çağdaş türk dilləri və ədəbiyyatları, dil siyasəti və planlaşdırılması, qədim türk dili və oğuz qrupu türk dilləri sahəsində apardığı  geniş miqyaslı tədqiqatlarına görə   görkəmli dilçi alim, professor Bilgəhan Atsız Gökdağ  “Türk Dünyasına xidmət” mükafatına və Bakı Avrasiya Universitetinin Fəxri diplomuna layiq görüldü. Mükafatı görkəmli alimə Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli təqdim etmişdir.

Qeyd edək ki, mükafata layiq görünənlər sırasında Türkiyənin  görkəmli alimləri  professorlar Cengiz Alyılmaz, Osman Karatay və  “Yeni Türkiyə”  Strateji Araşdırma Mərkəzinin qurucusu , ünlü dövlət adamı mərhum Həsən Cəlal Gözəlin də adları var.

 

“Xalq qəzeti”

24 Noyabr 2018 11:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə