• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Parker Solar Probe" peyki Günəşə göndərilib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 12 avqust 2018-ci il tarixində "Parker Solar Probe" peykini Günəşə göndərib.

Florida ştatının "Kanaverel" kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. "Parker Solar Probe"nin 7 il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə - 8.86 Günəş radiusu və ya 6.1 milyon km yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard dollar olan peykin birbaşa Günəş tacına (temperaturu milyon dərəcə) daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

13 2018 16:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin