• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayevaya Üçhisarda plaket təqdim olunub

Q.Paşayevaya Üçhisarda plaket təqdim olunub

Türkiyənin Kapadokya şəhərində Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Üçhisar bələdiyyəsinin təşkilatçılığı ilə AXC və Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümünə həsr olunmuş gecə keçirilib.

Tədbirin açılışında Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları haqda danışıb. O, həmin zamanlarda erməni daşnaklarının rus bolşeviklərin köməyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirdiyini və Cümhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəldiyini deyib: “O ordunun içərisində Nevşehirdən də dədələrimiz var idi və bu gün Bakıda Türk Şəhidliyində yatırlar. Onların xatirəsinə qədim Kapadokyada, Nevşehirdə abidə qoyulması vəfa borcu olmaqla yanaşı, bugünkü və gələcək nəsillər üçün böyük önəm daşıyır. Çanaqqalada üç mindən çox Azərbaycan türkü şəhid olub. Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi. Bu birliyimizi daha da gücləndirib, zəfər qazanacağıq”.

Üçhisar bələdiyyəsinin sədri Əli Qaraarslan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını bildirib.

Sonda Üçhisar bələdiyyəsinin sədri tərəfindən Qənirə Paşayevaya türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı plaket təqdim olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2018 15:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin