• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 14 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Macarıstanda Qarabağ problemindən danışıb

Q.Paşayeva Macarıstanda Qarabağ problemindən danışıb

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsinə millət vəkili  Q.Paşayeva tədbir çərçivəsində qardaş Türkiyə, Özbəkistandan gəlmiş nümayəndə heyətləri ilə, Başqırd, Uygur və Noğay Türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparıb.

Onlara Azərbaycandan danışan Milli Məclisin deputatı Q.Paşayeva Türk dünyasınıın güclənməsində ziyalılarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.  Deputat Q. Paşayeva  “bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq”,-- deyib. O, görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından  danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinin yayılmasında onları daha fəal olmağa çağırıb. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva  iştirak ediblər.

 

Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti”

13 2018 15:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin