Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ekspo 2025” Ümumdünya Sərgisi Yaponiyada keçiriləcək

Noyabrın 23-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında 2025-ci il “Ekspo” Ümumdünya Sərgisinin ev sahibinin müəyyən edilməsi üçün yekun səsvermə keçirilib. 
Səsvermə nəticəsində Yaponiya 92 səslə qalib gəlib. 
“Ekspo 2025” sərgisinə ev sahibliyinə namizədliyini irəli sürmüş üç şəhərdən biri olan Bakı Osakanı Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı səsvermənin qalibi olması münasibətilə təbrik edib. Bu, seçim prosesinin son mərhələsi idi və bu mərhələdə Bakı Yaponiyanın Osaka və Rusiyanın Yekaterinburq şəhərləri ilə mübarizə aparıb.
2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun “­Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov deyib: “Osakanı təbrik edirik və 2025-ci ildə ona uğurlar arzulayırıq. Keçirdiyimiz möhtəşəm kampaniyaya və belə güclü namizədlərlə mübarizə apardığımıza görə qürur duyuruq. “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədlik kampaniyası Azərbaycan üçün çox faydalı təcrübə oldu. Son on səkkiz ay ərzində ölkəmiz və paytaxtımız Bakı, eləcə də Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında məlumatları dünya ilə bölüşə bildik. Nəticədə, yeni əlaqələr qurduq və mövcud tərəfdaşlarla münasibətləri möhkəmləndirdik. Namizədliyimizin irəli sürülməsi sayəsində dünya Azərbaycanı daha da yaxından tanıdı”. 

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

23 Noyabr 2018 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə