Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kapadokyada Azərbaycan şəhidləri abidəsi açılacaq

 Kapadokyada Azərbaycan şəhidləri abidəsi açılacaq

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü, Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Kapadokyaya səfərə gedən Azərbaycan--Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Uçhisar bələdiyyəsinin sədri Əli Qaraaslan ilə görüşüb.

Ölkələr arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən Q.Paşayeva Azərbaycan bölgələri ilə Kapadokya arasında bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik,”--deyən  deputat söhbət zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, Azərbaycan və Türkiyə əl-ələ verib o gözəl torpaqları işğaldan azad edəcək,” – deyib.

Q.Paşayeva qədim Kapadokyada, Üçhisarda Azərbaycan şəhidləri abidəsinin açılışı təklifi ilə çıxış edib və bələdiyyə sədri Ə.Qaraaslan onun təklifinin tezliklə reallaşacağını bildirib. Təklifi nəzərə alaraq bir il əvvəl Kapadokyada Qarabağ küçəsinin açılışına görə Üçhisar bələdiyyə sədrinə bir daha təşəkkürünü bildirib və hər il Kapadokyada Azərbaycan, Azərbaycan--Türkiyə münasibətlərinin dünəni, bu günü, gələcəyi, Qarabağ problemi, Xocalı soyqırımı, Türk dünyası ilə bağlı tədbirlərin keçirilməsinin önəmindən danışıb. belə tədbirlərdə həmişə iştirak ediyini, bundan sonra da iştirakını məmnuniyyətlə davam etdirəcəyini deyib.

Azərbaycanı çox sevdiyini deyən Ə. Qaraaslan ilə Azərbaycan--Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı müzakirələr olub. Q.Paşayeva  Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaş şəhər və bələdiyyələr olduğunu bildirərək, “Üçhisarı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik”,- deyib. Ə.Qaraaslan bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. O, “Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik,”-- deyib. Q. Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.

Görüşün sonunda Uçhisar bələdiyyə başqanı Əli Qaraaslana Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar hədiyyə edilib.

 

Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti”

13 2018 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə