Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə bağlı ilk hazırlıq iclası olub

Noyabrın 23-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar ilk hazırlıq iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənovun yanında keçirilən iclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 
2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn məsələlər müzakirə edilib.
Təşkilat Komitəsinin sədri Əli Həsənov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən Azərbaycan Respublikasının beynəlxalq birliyin bütün səylərini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulduğunu, ölkəmizdə bu sahədə milli hüquqi bazanın yaradıldığını vurğulayıb. Bu bəladan bütün dünyanın əziyyət çəkdiyini qeyd edən Baş nazirin müavini deyib ki, ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının dəstəyilə keçiriləcək konfrans ölkəmizin beynəlxalq təşkilatlarla  tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir.
ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin direktoru Klement Sze iclasda çıxış edərək, bu beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təşkilati məsələlərlə bağlı fikirlərini bölüşüb. 
İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı öhdəliklərin, eyni zamanda, tədbirə ev sahibliyi edən Azərbaycan Hökumətinin üzərinə düşən vəzifələrin, lazımi və zəruri təşkilati məsələlərlə əlaqədar hazırlıq işlərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi məqsədilə təklif və suallarla bağlı fikir mübadiləsi aparılıb.

23 Noyabr 2018 23:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə