Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyi daha səmərəli təşkil ediləcək

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin 19 noyabr 2018 ci il tarixli 491 nömrəli qərarı ilə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələri və strukturları təsdiq edilib.
Trend-in məlumatına görə, qeyd edilən qərara əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları Azərbaycanın ərazi sularında, həmçinin limanların akvatoriyalarinda “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsini, gəmilərin hərəkətinin idarə olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərə naviqasiya, meteoroloji və digər məlumatların ötürülməsi, dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət, kanallarda dibdərinləşdirmə işlərinin təşkili və gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələrin verilməsi, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsindən ibarətdir.
Gəmilərdə liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqaməti üzrə fəaliyyət göstərən mərkəzin gəmi üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə, təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya gəmidə olan insanların həyatına və ya sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda, gəmi sənədlərinə olan tələblər pozulduqda və müəyyən edilmiş digər hallarda gəminin limandan çıxışını qadağan etmək hüququ Nizamnamədə əks olunub.
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda bələdçi xidmətini həyata keçirir, eyni zamanda gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarını müəyyən edir.
Qeyd edilənlərlə yanaşı, Nizamnaməyə uyğun olaraq, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi dənizdə gəmilərdə baş verən qəza hadisələrinin araşdırılmasında, xüsusilə də Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğrayan insanların axtarışı və xilası üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir.

23 Noyabr 2018 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə