Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas beynəlxalq indekslərdə ölkəmizin göstəriciləri yaxşılaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın əmək bazarı üzrə işçi qrupunun  növbəti iclası keçirilib. 
Əmək bazarı üzrə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 avqust  tarixli sərəncamı ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında” əsasnaməyə uyğun olaraq yaradılmış işçi qruplarından biridir. Qrup beynəlxalq reytinqlərdə əmək bazarı göstəriciləri üzrə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, həmin reytinqlərdəki indikatorlar üzrə əmək bazarında zəruri tədbirlərin görülməsinə dair müvafiq təhlillər əsasında təkliflərin hazırlanması işini yerinə yetirir. 
İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əsas beynəlxalq indekslərdə digər sahələrdə olduğu kimi, əmək bazarı üzrə də Azərbaycanın mövqeyinin gücləndiyini vurğulayıb. O, “Qlobal Rəqabətlilik Hesabatı – 2018–2019” və digər əsas hesabatlarda (Qlobal İnnovasiyalar indeksi, İqtisadi azadlıq indeksi, Qlobal imkanlar indeksi) əmək bazarı ilə bağlı əksini tapan qiymətləndirmə meyarlarını diqqətə çatdırıb. 
Nazir müavini həmin meyarlara uyğun olaraq, aktiv əmək bazarı siyasətinin gücləndirilməsi, bu sahədə digər qurumlarla birgə fəaliyyətin qurulması, əmək bazarının tənzimlənməsi, daxili əmək bazarının çevikliyinin və əmək bazarında gender bərabərliyinin təmin olunması, əmək haqları üzrə vergi yükünün azaldılması və s. istiqamətlərdə ölkəmizdə aparılan işləri qeyd edib. 
M.Kərimli əsas beynəlxalq indekslərdəki əmək bazarı ilə bağlı meyarlar üzrə ölkəmizin mövqeyinin təhlil olunduğunu, aidiyyəti göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı Fəaliyyət planının layihəsinin hazırlandığını deyib. 
İclasda əmək bazarı üzrə əsas götürülən beynəlxalq hesabatlardakı qiymətləndirmə meyarları üzrə görülmüş işlər təhlil olunub. 

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

23 Noyabr 2018 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə