Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Böyük Britaniyaya nota verib

Solsberidəki zəhərlənmə işi ilə bağlı Rusiya səfirliyi Böyük Britaniya Xarici İşlər Nazirliyinə növbəti notasını təqdim edib. Bununla bağlı diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb. 
Mənbə qeyd edir ki, təqdim edilən sənəddə Londonun beynəlxalq hüquqları kobud şəkildə pozduğu və Rusiyanın Britaniya hökumətinin nəzarətində saxlanılan rusiyalılarla bağlı informasiya əldə etmək tələbinə qarşı çıxıldığı bildirilib. 
Diplomatlar Britaniyanın Rusiyanın əməkdaşlıq təklifini rədd etdiyini xatırladıblar. 
Qeyd edilib ki, keçən doqquz ay ərazində Rusiya Solsberidəki insidentlə bağlı Britaniya tərəfinə onlarla nota və məktub göndərib. 
Bundan əvvəl Rusiya Baş Prokurorluğu bəyan edib ki, “Skripal işi” ilə bağlı heç bir müraciət daxil olmayıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

23 Noyabr 2018 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə