Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qar örtüyünün hündürlüyü Ağdərədə 17 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən verilən xəbərə görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub. 
Düşən yağıntının miqdarı Naxcıvan MR-də 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib. 
Qeyri-sabit hava şəraiti noyabrın 25-dək davam edəcək.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

23 Noyabr 2018 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə