Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Aİ İrana qarşı sanksiyaların əleyhinədir

Türkiyə-Avropa İttifaqı (Aİ) Siyasi Dialoq Şurasının dünən Ankarada keçirilən iclasında tərəflər ABŞ tərəfindən Tehrana qarşı tətbiq edlən sanksiyaların əleyhinə olduqlarını bəyan ediblər. Ankara və Brüssel hesab edir ki, İran iqtisadiyyatı sanksiyalara görə zərər çəkməməlidir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Şuranın iclasında bu məsələ ilə bağlı Birgə bəyannamə imzalanıb. Sənədi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Aİ-nin xarisi siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini, eləcə də bu qurumun genişlənmə məsələləri və yaxın qonşuluq siyasəti üzrə komissarı Yoxannes Xan imzalayıblar. 
Bəyannamədə deyilir ki, Türkiyə və Aİ rəhbərliyi Tehranla nüvə razılaşması üzrə məlum sənədin bu ölkə üçün yaratdığı iqtisadi imkanların davam etdirilməsini məqbul sayırlar. Qeyd edək ki, ABŞ hökuməti həmin razılaşmadan birtərəfli qaydada çıxıb və bu il noyabrın 5-dən etibarən İrana qarşı yeni sərt sanksiyalar tətbiq edib. Aİ və Türkiyə Vaşinqtonun bu addımını dəstəkləmir. F.Moqerini bildirib ki, Aİ İrana qarşı sanksiyaların əleyhinədir. 
Bəyannamədə, həmçinin vurğulanır ki, terrorçuluğa qarşı mübarizə məqsədilə bu il noyabrın 30-dan başlayaraq İnterpolun Avropa təşkilatı ilə Türkiyənin antiterror qurumları arsında məsləhətləşmələrə start veriləcək. 
Yeri gəlmişkən, ­Ankara və Brüssel Kiprin yunan və türk icmaları liderlərinin Kipr probleminin nizamlanması istiqamətində səylərini dəstəkləyirlər. 
Türkiyə və Aİ rəsmiləri, həmçinin Suriyanın İdlib vilayətində gərginliyin azaldılması istiqamətində birgə səylər gəstərəcəklərini vəd ediblər.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

23 Noyabr 2018 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə