Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT iqlim dəyişikliyindən yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib

Polşanın Katovitse şəhərində iqlim dəyişikliklərinə həsr edilən konfrans keçirilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Konfransda çıxış edən BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet hazırda iqlim dəyişiklikləri səbəbindən yarana biləcək təhlükələrdən danışıb: “Milyonlarla insan iqlim dəyişikliyindən yaranan təhlükə ilə qarşı-qarşıyadır. Dünya birliyi təsirli, təcili və insan haqları çərçivəsində tədbirlər görməlidir. İqlim dəyişikliyi hamımızın bel bağladığı ekosistemlərə təsir edir. Bütün millətlər, ekosistemlər, xalqlar və yaşayış şərtləri rahat şəkildə məhv ola bilər”, – deyə Mişel Baçelet bildirib.
BMT rəsmisi, həmçinin qeyd edib ki, bütün dövlətlər iqlim dəyişikliklərinin qarşısının alınması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

 

23 Noyabr 2018 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Noyabr 2020 | 15:52
Azadlığın mübarək, Ağdam!
23 Noyabr 2020 | 15:51
Sənətkarın Şəhid oğlu

Köhnə versiyamızdan xəbərləri izlə