Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşəgötürənlərlə əməkdaşlıq genişləndirilir

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafında işəgötürənlərlə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlər və nəticələri barədə geniş məlumat verib. Həmçinin peşə təhsilinin əmək bazarının tələblərinə uyğun qurulması üçün birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

“Veysəloğlu” Şirkətlər Qrupunun təhsil müəssisələri ilə əlaqələr üzrə bölmə müdiri Təyyar Mustafayev bir sıra peşə istiqamətləri üzrə ixtisaslı kadr hazırlığı, birgə tədris proqramlarının - kurikulumların hazırlanması və məzunların məşğulluğunun təmin olunması ilə bağlı  məsələlərdən danışıb.

Görüşdə qeyd olunan istiqamətlər üzrə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

23 Noyabr 2018 18:12 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə