Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan rəssamının əsəri Portuqaliyada sərgilənəcək

Almaniya Kino Akademiyasının xüsusi mükafatına layiq görülən, əsərləri beynəlxalq sürrealizm sərgilərdə nümayiş olunan rəssam Mehriban Əfəndinin yaradıcılığına maraq artmaqdadır. Onun  əsərləri  bir sıra beynəlxalq  sərgidə  nümayiş olunmuşdur. M.Əfəndi  Portuqaliyada  keçiriləcək  sərgidə də iştirak etmək  niyyətindədir.  Özü bu barədə  deyib: “ Tezliklə 2010-cu ildən bu günə qədər hər il Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan "Sürrealizm bu gün" adlı sərgi keçiriləcək. Sərgiyə dünyanın  ən yaxşı sürrealist rəssamı cəlb olunub ki, onlardan biri də mənəm. Fond ikiillik tədqiqatlar nəticəsində 56 rəssamı seçib. Sərgidə iştirak edən rəssamların əsərləri Nyu-York küçələrində led ekran vasitəsilə reklam, anons edilir. Bu sərgidə dünya incəsənət xadimlərinin marağında və diqqətindədir. Qismət olarsa, Portuqaliyada sərgidə iştirak edəcəyəm.”

Mehriban xanım əslində kino rəssamıdır. Bu sahədə onun  işləri daha çox diqqət  çəkir. Hazırda  kino  rəssamı kimi işlərini davam etdirir. Deyir ki, bu yaxınlarda Qarabağla bağlı “Son nəfəsədək” filmində rejissor Elnur Əliyevlə birgə işlədik. Film Qarabağ müharibəsindən bəhs edir. Çəkilişlər Füzuli rayonunda həyata keçirildi. Bu filmdə həm geyim üzrə, həm də quruluşçu rəssam kimi çalışdım Hazırda isə Cəfər Axundzadə ilə birgə “Qış nağılı” filmini çəkirik. Əminəm ki, Azərbaycan tamaşaçısı bu filmi çox bəyənəcək. Filmdə Halil Sezai kimi məşhur türk aktyoru yer alıb. Film beynəlxalq layihə əsasında çəkilir. Düşünürəm, ölkəmizdə bu cür layihələr nə qədər çox olarsa, bu mədəniyyətimizin  uğuru olacaq.”

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2018 16:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə