Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cırtdan Musiqili Teatra Yeni il sərgüzəştləri ilə gələcək

Cırtdan Musiqili Teatra Yeni il sərgüzəştləri ilə gələcək

Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında “Cırtdanın sərgüzəştləri” musiqili nağıl tamaşası ilə gələcək.

“Rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və oyunları ilə zövq oxşayan bayram əhval-ruhiyyəli tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz “Cırtdan”dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Bəs fərqlilik nədir? Onların rastına çıxan Div sehirlidir. O, əvvəlcə Meşə pərisi, sonra Dovşan və Odunçu Baba cildlərinə girərək uşaqları aldatmağa nail olur və öz mağarasına aparır. Evlərində qurulan bayram şənliyinə tələsən Cırtdanın və onun dostlarının başına nə məcaralar gəlir, uşaqlar Cırtdanın qoçaqlığı və ağlı sayəsində Divin tilsimindən necə xilas olurlar? “Cırtdanın sərgüzəştləri” tamaşasına baxanlar bu sualların cavabını tapa biləcəklər. Qeyd edim ki, həm də tamaşada geniş istifadə olunan ibratamiz kəlamlar, atalar sözləri vasitəsilə balaca tamaşaçılarımızı böyüklərin sözünə qulaq asmağa, təbiəti sevməyə, ağacları sındırmamağa, dostluğa sədaqətli olmağa çağırırıq ”- deyə tamaşanın quruluşçu rejissoru Ayla Osmanova fikirlərini bildirib.

Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla (Cırtdan, Div, Şaxta baba, Qar qız, Meşə Pərisi, Odunçu baba, Çiçək, Mustafa) tanış olacaq və onlara birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissoru assistenti Tamilla Aslanovadır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2018 16:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə