Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbülfəs Qarayev BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini ilə görüşmüşdür

Azərbaycan Respublikasının mədəniyyət naziri  Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Alison Smeyl ilə görüşmüşdür.

Görüşdə nazir Əbülfəs Qarayev BMT-nin qlobal kommunikasiyalar üzrə departamentinin 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin televiziya və internet kanalı vasitəsilə yayımını təşkil etdiyinə görə minnətdarlığını bildirdi və bunun forumun və müzakirə edilən məsələlərin bütün dünyanın diqqətinə çatdırılması üçün qlobal məlumat platforması yaratdığını qeyd etdi.

Xanım Alison Smeyl öz növbəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını və gələcəkdə bu əməkdaşlığı davam etdirəcəklərini  bildirdi.

Görüşdə,  həmçinin 2019-cu ildə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da BMT vasitəsilə canlı yayımının təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Noyabr 2018 16:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə