Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmirdə ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Kürdəmirdə ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

Kürdəmirdəki Heydər Əliyev Mərkəzində 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. 
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ədliyyə işçiləri və veteranları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olub, dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə baxış keçiriblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamına əsasən, ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar. Sonda rayonun bir qrup ədliyyə işçisinə Kürdəmir Rayon İcra Hakmiyyəti başçısının fəxri fərmanları təqdim edilib. 

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

22 Noyabr 2018 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə