Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mariya ZAXAROVA: NATO Moskva ilə razılaşmanı pozub

Mariya ZAXAROVA: NATO Moskva ilə razılaşmanı pozub

NATO rəhbərliyi alyansı Şərqə doğru genişləndirməklə Moskva ilə razılaşmanı pozaraq, bütün beynəlxalq ictimaiyyəti aldadır. Belə bir bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. Məlumatı RİA “Novosti” verib. 
“Bu, beynəlxalq səviyyəli yalan idi”, – deyə Zaxarova SSRİ-nin sabiq rəhbərlərinin sözlərini sitat gətirib. Onun fikrincə, bu yalana görə məsuliyyət təkcə alyans rəhbərlərinin və konkret şəxslərin deyil, həm də bütöv ölkələrin və siyasi sistemlərin üzərinə düşür. 
Bundan əlavə, rusiyalı diplomat beynəlxalq ictimaiyyətə çağırış edib ki, ABŞ və onun müttəfiqlərinin beynəlxalq təhlükəsizliyə vurduğu zərbələrə nəzər yetirsin: “Bu, təkcə Rusiya Federasiyasının təhlükəsizlik məsələsi deyil, bu, prinsipcə dünyada baş verən hadisələrlə bağlı məsələdir”.
Qeyd edək ki, NATO-nun Şərqə doğru genişlənməməsi alyansla Rusiya arasında əsas müzakirə mövzusudur. ­Moskva israr edir ki, Brüsseldə bu prinsipə əməl edilməsi ilə bağlı öhdəlik götürülüb, NATO isə bunu inkar edir. 
Son illərdə Rusiya dəfələrlə bəyan edib ki, ölkənin qərb sərhədləri yaxınlığında NATO həddən artıq fəallaşıb. Brüssel isə bunu “Rusiya təcavüzünün qarşısının alınması” adlandırır. Moskvada deyirlər ki, Rusiya heç kim üçün təhlükə törətmir, ancaq özünün maraqları üçün potensial təhlükələri də diqqətdən kənarda qoymayacaq. Zaxarova deyib: “Biz heç kimi qorxutmaq istəmirik, sadəcə, dünyanın nəzərinə çatdırmaq istəyirik ki, ABŞ və onun siyasətini dəstəkləyənlər tərəfindən beynəlxalq təhlükəsizliyə və strateji sabitliyə düşünülmüş şəkildə necə böyük zərbə vurulur”. 
Xatırladaq ki, keçən ilin yayında NATO-nun tərkibinə yeni üzv – Çernoqoriya daxil olub. O, Şimali Atlantika alyansının 29-cu üzvü olub. Bu, ölkə əhalisinin əhəmiyyətli hissəsinin təşkilata üzvlüyün əleyhinə olduğu bir vaxtda baş verib.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

22 Noyabr 2018 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə