Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey Brüsseldə Jan-Klod Yunkerlə görüşüb

Tereza Mey Brüsseldə Jan-Klod Yunkerlə görüşüb

BBC-nin yaydığı məlumata görə, Brüsseldə səfərdə olan Böyük Britaniyanın Baş naziri Tereza Meylə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker arasında görüş keçirilib. 
Görüş Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra tərəflər arasındakı gələcək əlaqələrlə bağlı davam edən danışıqlar çərçivəsində baş tutub. Hər iki diplomat “Brexit” danışıqlarında əhəmiyyətli dərəcədə irəliləyişə nail olunduğunu təsdiqləyiblər. 
Böyük Britaniyanın Baş naziri müzakirələrin yekunlarına dair verdiyi açıqlamada görüşün uğurlu keçdiyini bəyan edib. Baş nazir müzakirələri davam etdirmək üçün noyabrın 24-də Brüsseldə Jan-Klod Yunkerlə yenidən bir araya gələcəklərini bildirib. 
Qeyd edək ki, Brüsselə yola düşməzdən əvvəl Tereza Mey Böyük Britaniya parlamentində də çıxış etmişdi. Hökumət başçısı qeyd etmişdi ki, ölkənin Aİ-dən çıxması şərtləri britaniyalıların əksəriyyətinin maraqlarına cavab verir.

 

Mahmud QƏZƏNFƏROĞLU, “Xalq qəzeti”

22 Noyabr 2018 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin