Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Meksika ilə sərhədin mühafizəsini gücləndirir

ABŞ Meksika ilə sərhədin mühafizəsini gücləndirir

Pentaqonun rəhbəri Ceyms Mettis bildirib ki, ABŞ-la Meksika sərhədində miqrantlar gömrük işçilərinə hücum etsələr, onda ABŞ hərbçiləri miqrantlara atəş açacaqlar.
TASS-ın məlumatına görə, Pentaqon rəhbəri qeyd edib ki, bu barədə o, artıq ölkənin Daxili Təhlükəsizlik Nazirliyindən icazə alıb.
Son məlumata görə, artıq 2 min miqrant ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərinə yığışıb. 
ABŞ hökuməti bəyan edib ki, miqrantlar Birləşmiş Ştatlara buraxılmayacaq. ABŞ Prezidenti Donald Tramp isə əmr edib ki, sərhədin mühafizəsi daha da gücləndirilsin.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

22 Noyabr 2018 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə