Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin və Rusiya dollardan asılılığı azaltmağa çalışır

Çin və Rusiya dollardan asılılığı azaltmağa çalışır

Çin və Rusiya ABŞ dollarından asılılığı azaltmağa çalışır. Bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. Mənbə yazır ki, Çin və Rusiya ikitərəfli ticarət əməliyyatları ilə bağlı hesablaşmalarda milli valyutalardan (yuan, rubl) istifadəyə dair saziş imzalamağa çalışır.
Nəşrin məlumatında qeyd edilir ki, iki ölkəni belə ortaq fikrə gəlməyə ABŞ-ın Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirməsi və Çin mallarına qarşı yeni gömrük rüsumları tətbiq etməsi təhlükəsi vadar edib. 
Xatırladaq ki, Rusiyanın Baş naziri Dmitri Medvedev Çinə səfəri zamanı Rusiyada Çin brendi və bu ölkədə Rusiya brendi altında işləyə biləcək birgə kartın buraxıla biləcəyini bildirib. 
“Yeni ödəniş sisteminin yaradılması Çinə və Rusiyaya beynəlxalq SWIFT sistemindən istifadə etməməyə və bununla da ABŞ-ın sanksiyalarından yan keçməyə imkan yaradacaq”, – deyə yazıda bildirilib. 
Müəllif həmçinin bəyan edib ki, ABŞ-Çin ticarət müharibəsi hesablaşmalarda yuanın payını artırıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

22 Noyabr 2018 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə