Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası fəaliyyətə başlamışdır

Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurası fəaliyyətə başlamışdır

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 5 nömrəli sərəncamının 4-cü bəndinə əsasən ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri Əqli Mülkiyyət Agentliyinə verilmişdir.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə yeni Apellyasiya şurası yaradılmışdır. Hazırda Apellyasiya şurasının tərkibi formalaşmış, ərizə və etirazların qəbuluna başlanmışdır. Apellyasiya şurasına ərizə və etiraz üzrə materiallar 2 nüsxədə təqdim olunur. Etiraza müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd əlavə olunmalıdır. Etirazla birlikdə müəyyən olunmuş məbləğdə rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim olunmadıqda, etiraz verilməmiş sayılır.

 

“Xalq qazeti”

22 Noyabr 2018 18:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin