Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı AHİK tərəfindən mükafatlandırılıb

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı AHİK tərəfindən mükafatlandırılıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bu elmi müəssisənin bir qrup əməkdaşı AHİK-in yubiley medalı, döş nişanı və fəxri fərmanı ilə mükafatlandırılıb.

science.gov.az saytı yazır ki, bu münasibətlə keçirilən tədbirdə AHİK-in sədri, professor Səttar Möhbalıyev institutun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açıb, əlamətdar gün münasibətilə Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Daha sonra prof. S.Möhbalıyev mükafatları əməkdaşlara təqdim edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AHİK ilə akademiyanın həmkarlar ittifaqları arasındakı əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. O, AHİK-in elm sahəsində fəaliyyət göstərən əməkdaşlara hər zaman qayğı göstərdiyini deyərək, bu qurumun sədri S.Möhbalıyevə xüsusi təşəkkürünü bildirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 Noyabr 2018 17:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə