Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Dünya anlayır ki, Ermənistan yazıq olduğu üçün yox, təcavüzkar olduğu üçün ac-yalavac duruma düşüb

Ekspert: Dünya anlayır ki, Ermənistan yazıq olduğu üçün yox, təcavüzkar olduğu üçün ac-yalavac duruma düşüb

Erməniçilik ideologiyası tarixən genetik xəyanət, yaltaqlıq, ələbaxımlılıq, dilənçilik, məqsədə yürüyərkən hər cür davranışa psixoloji hazırlıq, satqınlıq kimi qeyri-bəşəri və qeyri-insani əməllər üzərində qurulub.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bunu təkcə orta əsr Avropa və Rusiya mütəfəkkirlərinin erməni psixologiyası və erməniçilik ideologiyası barədə fikirləri deyil, həm də 6-cı əsrdən başlayaraq indiyə qədərki çox tutarlı tarixi faktlar sübut edir:

"Bizans imperiyası ilə Sasanilər dövlətinin, Bizansla erkən ərəb dövlətinin, xaç yürüşlərinin təşkilatçıları olan alman, fransız, ingilis kralları ilə Bizans imperatorları, çar Rusiyası ilə Osmanlı imperiyası, çar Rusiyası ilə Səfəvi şahları arasında ermənilərin hansı iyrənc satqınlıqlara və xəyanətlərə əl atdığını tarixin səhifələrindən silmək mümkün deyil. Bundan başqa, erməni qadınlarının siyasi taktikaların icrasında necə iyrənc rollar oynadıqlarına dair saysız tarixi faktlar var və bunlar saxta erməni ideologiyasının şərəfsiz tarixində hətta milli qəhrəmanlar kimi simvollaşdırılıb. Satqınlıq, xəyanət və ələbaxımlılıq psixologiyası üstündə qurulmuş bir dövlətin varis və davamçıları heç vaxt bəşəri dəyər və davranış normalarına əsaslanan fəaliyyət göstərə bilməz".

Ekspert əlavə edib ki, başqasının torpaq və mal-mülkünü qamarlamaqla tarix boyu özünə nəsə yaratmağa öyrənmiş ermənilər bu gün də dilənçilik psixologiyasından qurtulmaq istəmirlər: "Onlar bu davranışı həm yaşamaq vasitəsinə, həm də bütün tarixi saxtakarlıqları ört-basdır etmək üsuluna çevirirlər. Düşdukləri ağır iqtisadi durumdan xilas olmaq üçün dünya boyunca "xeyriyyə marafonu" kimi zahirən gurultulu bir ad altında dilənməyə məhkum olan bugünkü Ermənistan rəhbərliyi dilənçiliyin ən ifrat formalarını işə salmaqla ermənilərə genetik olaraq xas olan dilənmək sənətini daha da təkmilləşdirir".

Baş redaktor bildirib ki, Nikol Paşinyanın son Fransa səfərində Avropa üzrə təxminən 1,2 milyon avronun dilənçilik üsulu ilə toplanması da bunu aydın şəkildə göstərir:

"Xüsusilə sovet dövləti dağılandan bu yana erməni liderlərin dünya boyu pul dilənməsinin dinamikasında hiss olunan qədər tənəzzül var. Məsələn, ilk prezident Petrosyanın dünya ermənilərindən cəlb etdiyi vəsait Koçaryanın dövründə xeyli azaldı. Sarkisyanın prezidentliyi dövründə dilənmək üsullarında daha artıq canfəşanlıq edilsə də, Sarkisyan özündən əvvəlki Koçaryanla müqayisədə daha az pul dilənə bilmişdi. Məntiqi olaraq bu gün Paşinyanın Avropa və Amerika erməni dərnəklərindən cəlb etdiyi pulun məbləği isə həqiqətən dilənçi payı həddinə düşüb. Bunun çox ciddi siyasi-ideoloji əsasları var. Məsələ burasındadır ki, ermənilər həmişə xaricdən pulu özləri barədə düşmən dövlətlərin əhatəsinə düşmüş yazıq millət obrazı yaratmaqla cəlb ediblər. Razılaşaq ki, müstəqilliyin ilk illərində bu fırıldaqçı taktika özünü doğruldurdu və hətta erməni olmayan bəzi aldanmışlar da bu tora düşərək ermənilərə pul verirdi. Artıq illərdir ki, bu istiqamətdə vəziyyət dəyişib. Azərbaycan diplomatiyasının həlledici səyləri sayəsində dünyada hamı ermənilərin və Ermənistanın regionda heç də yazıq millət olmadığını, əksinə, məhz öz təcavüzkar siyasəti üzündən indiki miskin vəziyyətə düşdüyünü anladı. Daim tərəqqi edən bu anlayış ermənilərin dünyada pul dilənmə taktikasını tənəzzülə uğradan ən dəqiq ideoloji əsasa çevrildi".

A.Quliyevin sözlərinə görə, dünya anlayır ki, Ermənistan yazıq olduğu üçün yox, təcavüzkar olduğu üçün ac-yalavac duruma düşüb: "Məntiq iddia edir ki, yaxın illərdə Ermənistan prezidentlərinin dünya miqyasında pul toplamaq cəhdləri sonda ümumiyyətlə qəpik-quruş həddinə düşəcək. Avropa İttifaqının Xarici əməliyyatlar xidmətinin bu günlərdə Ermənistana seçki üçün Sarkisyanın dövrü ilə müqayisədə düz iki dəfə az - cəmi 3 milyon avro ayırmasının da kökündə bu məntiq dayanır. Ermənistanın təcavüzkar dövlət siyasəti kimi, dövlət-dilənçilik ideologiyası da süquta uğrayıb".

22 Noyabr 2018 15:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə