Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Gülxar Həsənovanın 100 illik yubiley tədbirləri keçiriləcək

Dekabr 10-da Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti, Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

Gülxar Həsənova uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində unudulmaz obrazlar yaradaraq tamaşaçı rəğbəti qazanmışdır. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olan sənətkarın gənc ifaçıların hazırlanmasında özünəməxsus xidmətləri vardır. Azərbaycan Respublikası Prezidentinin “Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq cari il dekabrın 5-də saat 15.00-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Gülxar Həsənova--100” adlı tədbir təşkil olunacaq. Dekabrın 10-da,  Gülxar Həsənovanın doğum günündə, saat 12.00-da İkinci Fəxri Xiyabanda onun məzarı ziyarət ediləcək, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2018 14:17 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə