Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq

Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 20-24 noyabr tarixlərində İranın Təbriz şəhərində keçiriləcək "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" mono tamaşasıyla təmsil olunacaq.

Tamaşa noyabrın 21-dən 22-dək tarixlərində Festival iştirakçılarına təqdim ediləcək. Nikolay Vasilyeviç Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsər bu günə kimi  bir çox xarici ölkələrdə -- Rusiya, Ukrayna, Belarusiya, Moldova, İran, Türkiyə, Tatarstan, Orta Asiya ölkələrində beynəlxalq festivallarda uğurla iştirak edib. Tamaşanın rəssamı  Lətifə Quluzadədir. Aksenti İvanoviç rolunu əməkdar artist Şövqi Hüseynov canlandırır. Səhnə əsərində "kiçik adam" faktının törətdiyi problemlərin həlli yolları axtarılır. Qəhrəman təxəyyülündə yaratdığı, real olmayan dünyasında sosial bərabərsizliyi məhv etməyə çalışır. Dahi Alfred Şnitkenin musiqisi bu əsarətdən qurtulmaq ağrısını daha da təsirli ifadə edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2018 14:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə