Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Qubadlı rayon təşkilatında tədbir keçirilmişdir

YAP Qubadlı rayon  təşkilatında  tədbir keçirilmişdir

Sumqayıt şəhərində yerləşən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının akt zalında YAP-ın yaranmasının 26 illiyi qeyd olunub.  Bu münasibətlə keçirilən  tədbirdə RİH-nin məsul şəxsləri, partiyanın ilk ərazi təşkilat rəhbərləri, şura üzvləri, ictimaiyyət nümayəndələri  iştirak edirdilər.

Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyevin geniş  məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz  belə bir ağır vaxtda böyük şəxsiyyət, əvəzolunmaz siyasi xadim Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ilin noyabr ayının 21-də  Naxçıvan şəhərində  Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirilərək partiyanın əsası qoyuldu.

Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir.

Qeyd olunub ki, YAP Qubadlı rayon təşkilatı fəaliyyətində partiyanın Nizamnamə və Proqram müddəalarının, YAP-ın qurultaylarının qərarlarının, icra katibliyinin tapşırıq və tövsiyələrini rəhbər tutur. Hazırda rayonda fəaliyyət  göstərən 80 ərazi ilk partiya təşkilatının 3600 üzü var. Onlardan 1982  nəfəri qadın, 1618  nəfəri  kişilərdir.  Üzvlərin 1696 nəfəri gənclərdir.

Sonra YAP Qubadlı Rayon Gənclər təşkilatının sədri Aqil Quliyev,     tıəşkilatın Qadınlar birliyinin sədri Badam Hüseynova, Xıdırlı kənd tam orta məktəbinin direktoru, şura üzvü İ Savalan İnanov, YAP Qubadlı rayon Çaytumas ərazi təşkilatının sədri, şura üzvü Malik Atakişiyev və digərləri  çıxışlarında bildirdilər ki, respublikanın və rayonun ictimai –siyasi həyatında  YAP Qubadlı rayon təşkilatı hər zaman fəal iştirakı ilə seçilən rayon təşkilatlarındandır. Təşkilatın aparatı tərəfindən onlarla mütamadi əlaqələr saxlanılmış, ilk təşkilatlarda dəyirmi masalar, treninqlər keçirilmişdir.

Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup YAP üzvünə fəxri fərman təqdim olunmuş, partiyanın sıralarına yeni qəbul  edilən  şəxslərə isə üzvlük vəsiqələri təqdim edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2018 11:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə