Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə

Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri  cənab Məhəmməd Əşrəf Qaniyə

Hörmətli cənab Prezident!
Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.
Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik. 
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2018-ci il

 

21 Noyabr 2018 23:55 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə